"Neftçi"ni o günə saldlar ki… Görün, burada nə adlar var!

1 Sentyabr 2021 11:20 Neftçi 1 837
"Neftçi"ni o günə saldlar ki… Görün, burada nə adlar var!

Çempionlar Liqasının (ÇL) 2021/2022 mövsümündə 32 komanda mübarizəyə I təsnifat mərhələsindən start verib.

Sportinfo.az xəbər verir ki, bunlardan cəmi 2-si - İsveç "Malmö"sü ilə Moldova "Şerif"i qitənin bir nömrəli klub turnirinin qrupuna vəsiqə qazanıb.

Digər tərəfdən, ÇL-də I raundun 4 iştirakçısı - Macarıstan "Ferentsvaroş"u, Polşa "Legiya"sı, Bolqarıstan "Lüdoqorets"i və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

Estoniyanın "Flora", Rumıniyanın ÇFR, Cəbəllütariqin "Linkoln", Sloveniyanın "Mura", Norveçin "Budyo-Qlimt", Finlandiyanın HİK (Helsinki), Slovakiyanın "Slovan" (Bratislava), İsrailin "Makkabi" (Hayfa), Qazaxıstanın "Kayrat" və Ermənistanın "Alaşkert" komandaları isə Konfrans Liqasında qrup mərhələsinə yüksəliblər.

Aralarında "Neftçi"nin də olduğu 16 kollektiv - "Hibernians" (Malta), "Priştina" (Kosovo), "Buduçnost" (Monteneqro), "Jalgiris" (Litva), "Linfild" (Şimali İrlandiya), "Borats" (Bosniya və Herseqovina), "Fola" (Lüksemburq), "Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Tbilisi, Gürcüstan), "Şaxtyor" (Karaqanda, Belarus), "Şemrok Rovers" (İrlandiya), "Valür" (İslandiya), "Teuta" (Albaniya), "Riqa" (Latviya), "Konnas-Ki Nomads" (Uels) isə avrokuboklarla vidalaşıb.

ÇL-in I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını mübarizədən kənarlaşdıran "Neftçi" II raundda Yunanıstan "Olimpiakos"una uduzaraq, Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) komandasına rəqib olub.

HİK səddini də keçə bilməyən "ağ-qaralar" Konfrans Liqasının pley-off mərhələsində İsrailin "Makkabi" (Hayfa) klubuna məğlub olaraq, avrokuboklarla vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"