"Neftçi"dən TƏCİLİ TRANSFER – SON DƏQİQƏ XƏBƏRİ

31 İyul 2021 09:40 Neftçi 4 194
"Neftçi"dən TƏCİLİ TRANSFER – SON DƏQİQƏ XƏBƏRİ

Çempionlar Liqasında mübarizəni dayandıran «Neftçi» yeni transfer əməliyyatı həyata keçirib.

Bu barədə Sportinfo.az-a klubdan məlumat verilib.

Bildirilib ki, baş məşqçi Samir Abasovun istəyi üzərinə komandaya qapıçı alınıb. Legionerin adı açıqlanmasa da, onun İrandan dəvət edildiyi deyilib.

Yüksək liqadan gələn kiperin daha əvvəl İranın müxtəlif yaş qrupları üzrə yığmalarına çağırıldığı vurğulanıb.

«Ağ-qaralar» bu yay artıq 3 legioner transfer edib. «Keşlə»dən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və 2 müdafiəçi - «Eştoril»dən (Portuqaliya) Huqo Basto ilə «Havr»dan (Fransa) Romen Bask düşərgəyə cəlb olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"