"Neftçi"nin ikinci… Bu da bilindi - Macarıstandan

21 İyun 2021 10:40 Neftçi 1 552
"Neftçi"nin ikinci… Bu da bilindi - Macarıstandan

“Neftçi”nin təlim-məşq toplanışında keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, "ağ-qaralar" iyunun 25-də Macarıstan təmsilçisi “Fehervar” ilə qarşılaşacaq.

“Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi" toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"