"Neftçi"dən futbolçulara qadağa

13 May 2021 22:20 Neftçi 1 623
"Neftçi"dən futbolçulara qadağa

"Neftçi"dən mətbuat qadağası.

Sportinfo.az-ın məlumatına görə, klub rəhbərliyi "Sumqayıt"la oyun öncəsi futbolçulara mətbuata danışmaq qadağası qoyulub. Bu qərar qarşıdakı son iki oyun üçün də keçərlidir.

"Neftçi" və "Qarabağ" arasında gedən çempionluq mübarizəsi artıq ən gərgin nöqtəsinə çatıb. Finişə 2 tur qalmış ediləcək ən kiçik səhv belə çempionluq bahasına başa gələ bilər. Görünür, "Neftçi" tərəfi də bunun fərqindədir.

Xatırladaq ki, "Sumqayıt" - "Neftçi" görüşü sabah 19:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti