"NEFTÇİ": Abasov qapını legioner qapıçıya tapşırmaq niyyətindədir

12 May 2021 11:40 Neftçi 2 044
"NEFTÇİ": Abasov qapını legioner qapıçıya tapşırmaq niyyətindədir

Yeni mövsümlə bağl böyük iddiası olan »Neftçi» transfer çalışmalarına start verib.

Sportinfo.az-n klubdan əldə etdiyi məlumata görə, artıq namizəd futbolçuların siyahıya alınmasna başlanılıb.

Baş məşqçi Samir Abasov əsas üstünlüyü legionerlərə verəcəyi barədə rəhbərliyi xəbərdar edib. O, hətta qapıçı mövqeyinə də əcnəbi gətirmək fikrindədir.

Uzun müddətdir ehtiyatda qalan Səlahət Ağayevlə müqavilənin uzadılmasını istəməyən çalışdırıcı «çərçivə»ni ölkə xaricindən dəvət edəcəyi kiperə tapşırmaq niyyətindədir.

Yəni ki, komandanın sükançısı avrokuboklarda Aqil Məmmədovun ümidinə qalmaq istəmir.

İlyarımdır «1 nömrə» olan Aqili bundansonra üçün ikinci qapıçı kimi görən Abasova artıq bu möaqe üzrə namizədlərin adları təqdim olunub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"