"Neftçi"dən qorxu o həddə çatdı ki…

11 May 2021 09:40 Neftçi 1 327
"Neftçi"dən qorxu o həddə çatdı ki…

"Səbail" Keysuke Hondanın qarşısına samurayları çıxaracaqdı.

Çempionluğa oynayan, Bayıla qələbə dalınca gələn "Neftçi"ni bu cür qızışdırmaq, əlavə mativasiya vermək ağılsızlıqdır.

Qonaqlar ev sahiblərini "kamikadze"lik etdi.

Start fitindən başlayaraq, «ağ-qaralar» meydanboyu rəqib futbolçuların «ayağına oturdu». "Neftçi" "Səbail"in arxasınca qaçmırdı, öz oyununu diqtə edirdi.

Komanda şəklində rəqibinə üçqun yaradırdı: qəsəbəli futbolçular özlərini torpaq sürüşməsi altındakı kimi hiss edirdilər. İlk dəqiqələrdən qapıları «top atəşi»nə tutuldu.

"Səbail" nəfəs almaqda belə çətinlik çəkir, top saxlaya, iki-üç ötürmə edə bilmirdilər. "Neftçi"dən, onların pressinqindən qorxu o həddə çatmışdı ki, çarəsizlikdən top tez-tez arxaya, qapıçı Nikolas Hagenə ötürülürdü.

İmkanları olsaydı, canlarını topdan qurtarmaq üçün qapı arxasında dayanan topdaşıyanlara da ötürmələr edərdilər.

"Səbail" meydanda aciz bir həvəskar komanda kimi görünürdü. Bu mövsüm hələ belə bərbad futbol sərgiləməmişdilər. Adətən, tərəflərdən biri rəqibin imkan verdiyi qədər oynayır.

"Neftçi", onsuz da, güclüdür. Belə rəqiblərlə qarşılaşırsansa, əzmkarlıq, daha çox hərəkətlik, düzgün taktiki seçim olmasa, əzilərsən. Necə ki, "Səbail" bütün komponentlərdə əzildi. Ara yerdə Rauf Əliyevin də başı partladı, xəstəxanalıq oldu.

"Səbail"lilər 2-3 ay maaş almaya, heyətdə problemlər ola bilər, amma oyuna çıxdınsa, döyüşməlisən. "Neftçi"yə böyük hesabla məğlubiyyət də dünyanın axırı deyil.

Problem məşqçilərin, futbolçuların oyuna yanaşmasıdır. Aftandil Hacıyev üçün bu matç dərs olmalıdır. Səhvləri saaf-çürük etmək, nəticə çıxarmaq baxımından.

90 dəqiqə ərzində bir rübə bəs edəcək qədər əyər-əskiklər göründü. "Neftçi" çempionatda ən yaxşı oyunlarından birini keçirdi. Oyuna nominal hücumçusuz başlayan «ağ-qaralar» orta sahə futbolçularının sayəsində meydanda dominantlıq etdi.

Rəqibi necə öz qapısına sıxmışdılarsa, ilk qol da iki mərkəz müdafiəçisinin iştirakı ilə vuruldu. Mamadu Mbodjun başı, Stankoviçin ayağı "Neftçi"ni önə çıxartdı. Honda da "Səbail"ə kimin smuray olduğunu göstərdi.

Növbəti turda "Neftçi" Sumqayıtda da bu oyunu göstərə biləcəkmi? Ayxan Abbasov buna imkan verəcəkmi, gözləyək. Necə də olmasa, ortada gözü çıxmış «qardaş» var və onun niyə görə bugünə qalmasını incələmək Abasova çətinlik yaratmamalıdır.

Hər halda güclü müşahidə və analiz qabiliyyəti var və başa düşür ki, «Neftçi» qış fasiləsindən sonra onlara ilk və hələlik yeganə məğlubiyyəti yaşatmış «Sumqayıt»ın daşını daş üstündə qoymamaq üçün gün sayır.

Axı qarşıdakı matç Samir Abasovun drijunasından ötrü ilk finaldır. Xal itirsələr, «Qarabağ»ı ardıcıl 8-ci çempionluq münasibətilə təbrik etmək məcburiyyətində qalacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"