"Neftçi"dən dedi: “Döyüşürük ki, çempion olaq”

8 Aprel 2021 17:20 Neftçi 1 189
"Neftçi"dən dedi: “Döyüşürük ki, çempion olaq”

"Klubla müqaviləm mövsümün sonunda bitir. Buna görə də mütləq burada çempion olmağı arzulayıram".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin legioneri Stiven Jozef-Monroz klubun rəsmi televiziyasında yayımlanan "Piramida" verilişinə müsahibəsində deyib.

Hazırda paytaxt təmsilçisi Premyer Liqada 42 xalla ikinci pillədə qərarlaşıb. Bakılılar lider "Qarabağ"dan bir xal geridədir.

Fransalı hücumçu çempionluq əldə etməyin elə də asan olmadığını bildirib: "Bilirsiz ki, "Qarabağ" uzun illərdir ki, çox yaxşı çıxış edir. Biz isə komanda olaraq, döyüşürük.

Döyüşürük ki, çempion olaq. Müqaviləmin bitməsindən əvvəl çempion olsaq, buna sevinəcəm. Bu, həm özüm, həm də komandam üçün çox yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"