“Qarabağ” 4 yeni legionerin alınmasına bu qədər BÜDCƏ AYIRDI

1 Aprel 2021 13:00 Neftçi 1 745
“Qarabağ” 4 yeni legionerin alınmasına bu qədər BÜDCƏ AYIRDI

“Qarabağ”ın yeni sezon üçün ayırdığı transfer büdcəsi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, son 7 mövsümün Azərbaycan çempionu yayda alacağı futbolçulara ümumilikdə 2,5 milyon dollar sərf etməyi planlaşdırır.

Bu vəsaitə 4 legionerin alınması nəzərdə tutulur. Amma bir şərtlə - hazırda düşərgədə olan əcnəbi futbolçulardan 2 nəfərlə yollar ayrılarsa.

Onlardan biri Xayme Romerodur. 2019-cu ildən burada çıxış edən ispaniyalı yarımmüdafiəçi ölkəsinə qayıtmat istədiyini artıq klub rəhbərliyinə bildirib.

Digər legionert isə Qurban Qurbanovun etimadını qazana bilməyən Uroş Matıçdlr. Ötən ilin yayında “Kopenhagen”dəın transfer edilən serbiyalı yarımmüdafiəçi əsas heyətə düşə bilmir.

Onun 1+1 illik müqaviləsi hələ qüvvədədir. Ağdam təmsilçisi balkanlı orta sahə oyunçusunu icarəyə verməyə də hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"