"Neftçi”nin baş məşqçisini həm razı, həm də narazı salan məqamlar - VİDEO

11 Yanvar 2021 00:42 Neftçi 497
"Neftçi”nin baş məşqçisini həm razı, həm də narazı salan məqamlar - VİDEO

"Neftçi”nin baş məşqçisi Samir Abasov "Kəpəz”lə yoxlama oyunundan sonra "Neftçi TV”yə müsahibə verib.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı əvvəlcə 1:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib:

"Bu gün nəticə önəmli deyildi. Həm komandaya, həm də fərdi olaraq komandanın üzvlərinə tapşırıqlar verilmişdi. Əsas məqsəd futbolçuların həmin tapşırıqları yorğun halda nə dərəcədə yerinə yetirəcəklərini görmək idi.

Həm razı, həm də narazı salan məqamlar oldu. Yeri gəlmişkən, təklfimizi qəbul edib, bizə görə o qədər yol gəldikləri üçün "Kəpəz”in məşqçi heyəti və rəhbərliyinə minnətdarıq”.

Baş məşqçi "Neftçi-2”dən cəlb olunmuş gənc futbolçulardan razı qalıb: "Çox istəkli idilər. Səhvləri də başadüşüləndir. Həyəcanlı idilər, özlərini göstərmək istəyirdilər. Nəinki burada, məşqlərdə də onlar bizi razı salır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"