18 il əvvəl Slovakiya üzərində qələbəmiz - VİDEO

19 Noyabr 2019 16:25 Milli komanda 2 399
18 il əvvəl Slovakiya üzərində qələbəmiz - VİDEO

Milli komandamız 18 əvvəl - 2001-ci ilin iyununda Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya üzərində 2:0 hesabı ilə qələbə qazanmışdı. Həmin qalibiyyət Slovakiyanın DÇ-2002-yə getmək planlarının üstündən xətt çəkmişdi.

İlk qolu 27-ci dəqiqədə Zaur Tağızadənin ötürməsindən sonra Vadim Vasilyev vurub. 65-ci dəqiqədə isə "qızıl oğlan"ın özü fərqlənib.

Azərbaycan: Cahangir Həsənzadə, İqor Getman, Mehman Yunusov, Ramiz Məmmədov, Tərlan Əhmədov, İlham Yadullayev, Ədaim Niftəliyev, Mahmud Qurbanov, Qurban Qurbanov (Fərrux İsmayılov, 89), Vadim Vasilyev (Vidadi Rzayev, 76), Zaur Tağızadə (Rüfət Quliyev, 83).

Sportinfo.az həmin oyundakı qolları təqdim edir.

Digər Xəbərlər
Xəbər Lenti