Sabiq "Fənərbaxça”lı ulduzdan Rəşad Dağlı paylaşımı - VİDEO

2 Sentyabr 2022 22:20 Maraqlı 3 643
Sabiq "Fənərbaxça”lı ulduzdan Rəşad Dağlı paylaşımı - VİDEO

Azərbaycan Premyer Liqasının 4-cü turunu “Sabah” Qəbələ zəfəri ilə başa vurdu.

Masazır təmsilçisinin inamlı qələbəsi ilə başa çatan (0:2) qarşılaşmada ən yaxşılardan biri olan Abdulaye Ba uğuru maraqlı formada qeyd edib.

Belə ki, seneqallı legioner öz instaqram hesabından “Qəbələ” üzərində qələbəni öz fanatları ilə qeyd etmələrini əks etdirən video paylaşıb.

Haqqında bəhs etdiyimiz postda diqqət çəkən məqam isə 31 yaşlı mərkəz müdafiəçisinin paylaşımdakı videonun fonunda meyxanaçı Rəşad Dağlının məşhur “Bidənə belə” başlıqlı müzikalni meyxanasının sözlərinin səslənməsi olub.

Əcnəbi oyunçu komanda yoldaşlarını da bu videoda işarələməyi unutmayıb.

Zəngin karyera sahib Banın “Sabah”a kimi “Portu”, “Fənərbaxça” kimi klubların formasın geyinib. O, Seneqal millisinin də sabiq üzvüdür.

XANOĞLAN / SPORTİNFO.AZ

Videonu bu linkə daxil olaraq izləyə bilərsiz:

Digər Xəbərlər
Xəbər Lenti