"Barselona" “tiki-taka”sı Divizion komandasının ifasında - MARAQLI VİDEO

30 Dekabr 2021 17:40 Maraqlı 1 003
"Barselona" “tiki-taka”sı Divizion komandasının ifasında - MARAQLI VİDEO

"Tiki-taka" - futbolda oyun taktikası.

Tiki-taka top üzərində nəzarətin saxlanılmasına yönəldilmiş qısa ötürmə və fasiləsiz hərəkətin uyğunluğunu təşkil edir.

"Tiki-taka" futbol termini məşhur hollandıyalı Yohan Kroyffa məxsusdur.

"Tikt-taka" deyəndə həm də "Barselona" yada düşür. Bu da əbəs deyil. Çünki "uçan hollandiyalı" ilk dəfə futbola bu anlayışı məhz "katalon"ların timsalında gətirib.

Zamanla İspaniya millisi də elə "Barselona"nın sayəsində eyni oyun taktikası ilə çıxış etməyə başlayıb.

İndi dünyanın hansı nöqtəsində topla ötürmələrin sayını çox edən komanda görürüksə, ağıllara ilk gələn də "Barselona" olur.

Düzdür, hazırkı "Barselona" eniş dövrünü yaşayır. Komandada həmin "tiki-taka"dan əsər-əlamət qalmayıb. Amma zaman-zaman oyunun gedişində eyni məzmunda futbol göstərən başqa komandalar da var.

Ölkəmizdə bunun bariz nümunəsi kimi adətən "Qarabağ"ın adı çəkilir.

Ancaq bu dəfə eyni oyun taktikasına ölkəmizdə "Qarabağ"ın yox, bir başqa klubun timsalında şahid olduq.

Belə ki, birinci divizionun "Zirə-2" - "Turan Tovuz" qarşılaşmasında (0:2) qonaqlar təxminən 90 saniyə topu özündə saxlayaraq 30-dan artıq ötürmə ilə yadda qalıb.

Maraqlı olacağını nəzərə alıb, bölgə klubunun ifasında yaşanan "tiki-taka"nı özündə əks etdirən videonu sizə təqdim edirik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti