Azərbaycanlı məşqçi Hakan Şükürlə tanışlığı və "Qarabağ"la bağlı söhbətini “Sportinfo”ya danışdı

15 Dekabr 2021 19:00 Maraqlı 753
Azərbaycanlı məşqçi Hakan Şükürlə tanışlığı və "Qarabağ"la bağlı söhbətini “Sportinfo”ya danışdı

"Tez-tez Hakan Şükürlə aramızda futbol söhbətlər olur".

Bunu Sportinfo.az-a açıqlamasında ABŞ-da uşaq futbol məktəbində Hakan Şükürlə birgə çalışan Əsdulla Əliyev deyib.

Azərbaycanlı qapıçı məşqçisi Türkiyənin əfsanəvi hücumçusu ilə ilk tanışlığını belə xatırlayır:

"İlk dəfə tanış olduğumuz günü yaxşı xatırlayıram. Mən akademiyaya gələndə o məşq keçirdi.

Məşqdən öncə bir az söhbət elədik. Məşqdən sonra valideynlərlə söhbət edə-edə ən azı 30-40 metr məndən uzaqlaşdı.

Amma bir andaca geri döndü və mənə tərəf qayıtdı. Yaxınlaşıb "Əsədulla, bağışla, səninlə sağollaşmadım. Tanışlığımıza isə çox şad oldum" dedi və getdi.

Açığı, mən şok oldum. Onun insanlığına heyran oldum. Bu qədər böyük və məşhur futbolçu mənimlə sağollaşmadığı üçün gəlib üzr istədi.

Böyük futbolçu olduğunu bilirdim. Həm də böyük adam olmasına şahid oldum".

Əliyev Hakan Şükürlə aralarında ən çox müzakirənin "Qarabağ" üzərindən edildiyini sözlərinə əlavə edib: "Qarabağ"la bağlı müzakirələrimiz çox olub.

Hər dəfə "nə yaxşı ki, Avropda bizi layiqli təmsil edən "Qarabağ" kimi komandamız var" deyir. Futbol adamı kimi hər dəfə türk dünyasında "Qarabağ" kimi komandamızın olmasına sevindiyini dilə gətirir".

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti