"Əliyev narahat idi: İndi şükür olsun ki…"

22 Avqust 2020 18:06 Şamaxı 925
"Əliyev narahat idi: İndi şükür olsun ki…"

"Dünən çox sadə epizodda zədələndim. Stadionun ot örtüyü çox sürüşkən idi.

Mübarizə aparmaq çətin idi. Ayağımda ağrılar vardı. Risk etmək istəmədim. Buna görə də əvəzlənməyimi istədim"

Bu sözləri Sportinfo.az-a açıqlamasında dünən "Sumqayıt"la görüşün 78-ci dəqiqəsində zədələnərək əvəzlənən "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev deyib..

Nəzərə alsaq ki, qarşıdan "Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Albaniyanın "Laçi" komandası ilə görüşü var. Şəhriyarın yoxluğu komandanın müdafiə xətti üçün ciddi itki sayılmalıdır.

Amma təcrübəli futbolçu narahatçılığa əsas olmadığını bildirdi: "Əsas narahat olduğum o idi ki, sümükdə nəsə olar. Bu gün rentgendən keçdim. Şükür olsun ciddi nəsə yoxdur.

Ağrılar da, yəqin ki, əzik ağrısıdır, ya da burxulma. Yəqin ki, sabahdan komanda ilə məşqlərə başlayaram. Məşqçi şans versə, "Laçi" ilə görüşdə meydanda olmağa hazıram".

Digər Xəbərlər
Xəbər Lenti