Azərbaycan klubuna görə belə etdilər

22 Avqust 2020 16:42 Şamaxı 887
Azərbaycan klubuna görə belə etdilər

“Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi” yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Albaniya klubu yerli “Apoloniya” ilə qarşılaşıb.

“Laçi” gələn həftə “Keşlə” ilə Bakıdakı matçı süni örtüklü meydançada oynayacağı üçün “Apoloniya” Peze-Helmesdə yerləşən süni örtüklü arenada oynamağa razılıq verib.

Qarşılaşma “Laçi”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qola 14-cü dəqiqədə nigeriyalı hücumçu Kirian Nvabueze imza atıb.

Avqustun 27-də “ASK Arena”da keçiriləcək “Keşlə” – “Laçi” oyunu 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti