"Qarabağ"ı ud, indi də gəl… - FOTOREPORTAJ

1 Dekabr 2019 09:28 Şamaxı 948
"Qarabağ"ı ud, indi də gəl… - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib. Sportinfo.az xəbər verir ki, "Keşlə" "Sumqayıt"ı qəbul edib. "ASCO Arena"da keçirilən qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 16-cı dəqiqədə açılıb. "Keşlə"nin müdafiəçisi Miyusko Boyoviç topu rəqib qapısından keçirib. Monteneqrolu oyunçu hissənin sonlarında zədələndiyi üçün əvəzlənib. 54-cü dəqiqədə "Keşlə"nin bombardiri Lorenzo Frutos fərqi iki topa çatdırıb. 66-cı dəqiqədə Əmir Ağayev hesab arasındakı fərqi azalda bilib.

Bu nəticədən sonra "Keşlə" 22-ci xalını qazanıb və bir günlük də olsa ikinci pilləyə yüksəlib. "Sumqayıt" isə 17 xalla 4-cü pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti