"Baş məşqçi ilə heç bir problemim yoxdur" - EMİN

28 Oktyabr 2019 15:23 Şamaxı 647
"Baş məşqçi ilə heç bir problemim yoxdur" - EMİN

"Məni bura Tərlan Əhmədov dəvət edib. Verdiyi hər bir qərara da hörmətlə yanaşıram. Nə zaman istəsə, oynamağa hazıram" - bu sözləri Sportinfo.az saytına açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Emin Mehtiyev deyib.

28 yaşlı futbolçu oynamamasının, hətta adının iştirak ərizəsinə salınmamasının səbəbini bilmədiyini deyib.

"Əvvəl bir az zədəm var idi. İndi tam sağalmışam, oynamağa hazıram. Tərlan müəllimdən mənə niyə şans vermədiyini soruşmamışam. Baş məşqçimiz odur, nə qərar verirsə, hər halda düz olanı edir. Məşqlərimi edib, vaxtımı gözləyirəm. Baş məşqçi ilə heç bir problemim yoxdur".

Mehtiyev meydana start heyətində yalnız Premyer Liqanın açılış turunda - "Qarabağ"la ev qarşılaşmasında (0:1) çıxıb və 74-cü dəqiqədə kobudluğa görə qırmızı vərəqə alıb. Yarımmüdafiəçi məhz bundan sonra Tərlan Əhmədovun "qara siyahı"sına düşüb. Təsadüfi deyil ki, Emin ilk turu çıxsaq, geridə qalan 8 turda maksimum 5 dəqiqə meydanda olub. "Səbail"lə ev, "Neftçi" ilə səfər görüşlərində oyuna müvafiq olaraq 88 və 89-cu dəqiqələrdə çıxıb. Növbəti turlarda isə adı, ümumiyyətlə, iştirak ərizəsinə daxil edilmir.

Digər Xəbərlər
Xəbər Lenti