Qurbanov nəyə ümid bəsləyir? - “Nədə axsadığımızı gördülər"

31 Avqust 2021 21:00 Şamaxı 885
Qurbanov nəyə ümid bəsləyir? - “Nədə axsadığımızı gördülər"

Milli komandamızın seçmə mərhələdəki oyunları ilə Premyer Liqada yaranan fasilədən istifadə edərək "Sumqayıt"la yoxlama görüşü (3:2) keçirən "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov fikirlərini bildirib.

Gənc mütəxəssis Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Fasilə yarandığı üçün Ayxan müəllimlə danışıb, yoxlama görüşü keçirməyi qərar aldıq. "Sumqayıt"da bəzi oyunçular milliyə getdiyi üçün oynamadı.

Bizdə də Şəhriyar Əliyevlə Rəhman Hacıyev millidə oyun keçirdikləri üçün bu görüşü buraxdılar.

2 turda buraxdığımız səhvləri bilirik. Bu oyunda çalışdıq o şeyləri düzəldək. Oyunçular nədə axsaqlığımız olduğunu gördülər.

Sevindirici hal odur ki, bu səhvləri düzəltməyə çalışdılar. Əks-hücumlarda rəqibə verdiyimiz qol epizodları var. Bu kimi nöqsanları aradan qaldırmaq istəyirik.

Mövsümün əvvəli yaranan bu fasilədən istifadə etməyə çalışacağıq. 3:2 qalib gəldik. Buraxılan qolları rəqib yenə standart vəziyyətdən vurdu.

Yaxşı bir oyun oldu. "Sumqayıt" öz oyun üslubuna xas sürətli futbol göstərdi. Məncə, bu oyunun komandamıza faydası dəyəcək".

Digər Xəbərlər
Xəbər Lenti