Azərbaycan klubunun futbolçularını BÖYÜK PUL gözləyir – Bunu etsələr...

15 Fevral 18:00 Qarabağ 1 539
Azərbaycan klubunun futbolçularını BÖYÜK PUL gözləyir – Bunu etsələr...

Bu gün Avropa Liqasında 1/16 finalın ilk oyunları keçiriləcək.

Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn "Qarabağ" pley-offun ilk matçına çıxacaq.

Ağdam təmsilçisi səfərdə "Braqa" ilə qarşılaşacaq. Portuqaliya klubu ilə oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında cavab matçı fevralın 22-də Bakıda keçiriləcək.

“Köhlən atlılar” ən yeni tarixi yazmaq şansını dəyərləndirərsə... Böyük miqdarda mükafat əldə edəcək.

Əsas heyətdə meydana çıxacaq futbolçuların hər birinin 50 min manat mükafat alacağına dair xəbərlər var.

“Qarabağ”lılar bu qədər pulu 2017-ci ildə qazanıb. Həmin vaxt ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə etdikləri üçün onlara rəhbərlik tərəfindən 50 min “ənam” verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti