"Yuventus" Premyer Liqa klubundan 60 milyon istəyir - Dəmiral üçün

11 May 2021 01:52 İtaliya 1 472
"Yuventus" Premyer Liqa klubundan 60 milyon istəyir - Dəmiral üçün

"Everton"un "Yuventus"un müdafiəçisi Merih Dəmiralı transfer etmək istəməsi ilə bağlı xəbərlər təsdiqini tapıb.

Sportinfo.az xəbər verir ki, Turin təmsilçisi türkiyəli futbolçunun keçidi üçün 60 milyon avro təzminat tələb edib.

İngiltərə klubu isə bu keçid üçün 30 milyon avro ödəmək fikrindədir. Mersisaydlılar qiyməti aşağı salmaq üçün "qoca sinyora" ilə danışıqlar aparacaq.

23 yaşlı müdafiəçi bu mövsüm keçirdiyi 23 oyunda 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti