"Neftçi" yeni məkanda: Kim var, kim yox? - FOTOREPORTAJ

22 İyul 2023 12:40 Neftçi 2 279
"Neftçi" yeni məkanda: Kim var, kim yox? - FOTOREPORTAJ

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Rusiyadakı təlim-məşq toplanışını başa vuran flaqman iki günlük fasilədən sonra məşqləri bərpa edib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” bu gün Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

Zədəli Emil Balayevdən başqa, bütün futbolçuların iştirak etdiyi məşqdə əsasən toplu çalışmalar icra olunub.

“Neftçi” Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinadan “Jelezniçar” ilə qarşılaşacaq.

İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-ü saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"