“Arsenal” utandırdı, MS “Liverpul”la 1 xala razılaşdı - Premyer Liqada VIII tur

9 Noyabr 2020 10:20 İngiltərə 407
“Arsenal” utandırdı, MS “Liverpul”la 1 xala razılaşdı - Premyer Liqada VIII tur

İngiltərə Premyer Liqasında VIII tur başa çatıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqadakı son 6 matçın 4-də qələbə qazanıb, 2-də heç-heçə edən “Tottenhem” bu mövsüm qalibiyyət üzü görməyən “Vest Bromviç”in qonağı olub.

Uğurlu seriyanı davam etdirən londonlular Harri Keynin son dəqiqələrdə vurduğu yeganə qolla aktivinə növbəti 3 xalı yazdırıblar.

İddialılardan “Lester”lə “Vulverhempton”un duelinin taleyini də 1 top həll edib. Penaltidən fərqlənən Ceymi Vardi birinciləri qələbəyə daşıyıb.

Turun mərkəzi matçında çempionluğa əsas namizədlər “Mançester Siti” ilə “Liverpul” birincilərin meydanında üz-üzə gəlib. Komandalar birinci hissədə vurduqları qarşılıqlı qollarla xalları yarı bölüblər.

Eyni xalla turnir cədvəlində qonşu olan “Arsenal”la “Aston Villa”nın Londondakı görüşündə isə “topçular” gözlənilmədən böyükhesablı məğlubiyyətə düçar olublar.

8 noyabr
“Vest Bromviç” – “Tottenhem” – 0:1

Keyn, 88
“Lester” – “Vulverhempton” – 1:0
Vardi, 15 (pen.)
“Mançester Siti” – “Liverpul” – 1:1
Qabriel Jezuş, 31 – Salah, 13 (pen.)
“Arsenal” – “Aston Villa” – 0:3
Saka, 25 (avtoqol), Uotkins, 72, 75

1

Lester

8

6

0

2

18-9

18

2

Tottenhem

8

5

2

1

19-9

17

3

Liverpul

8

5

2

1

18-16

17

4

Sauthempton

8

5

1

2

16-12

16

5

Çelsi

8

4

3

1

20-10

15

6

Aston Villa

7

5

0

2

18-9

15

7

Everton

8

4

1

3

16-14

13

8

Kristal Pelas

8

4

1

3

12-12

13

9

Vulverhempton

8

4

1

3

8-9

13

10

Mançester Siti

7

3

3

1

10-9

12

11

Arsenal

8

4

0

4

9-10

12

12

Vest Hem

8

3

2

3

14-10

11

13

Nyukasl

8

3

2

3

10-13

11

14

Mançester Yunayted

7

3

1

3

12-14

10

15

Lids

8

3

1

4

14-17

10

16

Brayton

8

1

3

4

11-14

6

17

Fulhem

8

1

1

6

7-15

4

18

Vest Bromviç

8

0

3

5

6-17

3

19

Bernli

7

0

2

5

3-12

2

20

Şeffild Yunayted

8

0

1

7

4-14

1

Digər Xəbərlər
Xəbər Lenti