“Neftçi” 4 il 8 aydır onlara qara kabus yaşadır

20 Oktyabr 2023 01:20 Neftçi 671
“Neftçi” 4 il 8 aydır onlara qara kabus yaşadır

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşacaq “Səbail” çempionatda rəqibini sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib.

Sportinfo.az xəbər verir ki, “report”un araşdırmasına görə, “dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəliblər.

Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb.

Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib.

Bu, həm də “Səbail”in doğma meydanda güclü rəqibi üzərində ilk və yeganə qalibiyyətidir.

“Səbail” Premyer Liqada mübarizə apardığı 2017-ci ildən bəri 11 dəfə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” son 10 səfər matçının 7-də 3 xal sevinci yaşayıb, 3 dəfə isə heç-heçə ilə kifayətlənib.

“Səbail”lə “Neftçi” çempionatda 25-ci dəfə qarşılaşacaqlar. İndiyə qədər qeydə alınan nəticələrə baxsaq, “Neftçi”nin böyük üstünlüyə malik olduğunu görərik – 17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət.

Vurulan qollarda da böyük fərq var. “Ağ-qaralar”ın 51 qoluna rəqib cəmi 14 dəfə qarşılıq verib. Digər diqqət çəkən məqam son 14 duelin hamısında “Neftçi”nin qol vurmasıdır.

Oktyabrın 20-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"