Qurban Qurbanovdan “feyr-pley”ə layiq növbəti jest - VİDEO

21 Aprel 01:00 Hadisə 780
Qurban Qurbanovdan “feyr-pley”ə layiq növbəti jest - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında 31-ci turun oyunlarında “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib (2:2).

Sportinfo.az xəbər verir ki, qarşılaşmada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “feyr-pley”ə layiq növbəti addımla diqqət çəkib.

Belə ki, matçın 40-cı dəqiqəsində top Ağdam təmsilçisinin futbolçusundan auta çıxıb. Ancaq yan xətt hakimi səhv qərar verərək topun son olaraq "Qəbələ"nin oyunçusuna toxunduğunu bildirib.

Q. Qurbanov isə topun rəqib deyil, "Qarabağ"ın futbolçusundan çıxdığını göstərib. Hakim fikrini dəyişməsə də, Q. Qurbanov futbolçusu Toral Bayramova topu rəqib tərəfə göndərməyi bildirib.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!