Sadıq Sadıqov "Neftçi"də toplantı keçirdi, xüsusi tapşırıqlar verdi - FOTOLAR

21 Yanvar 19:00 Digər növlər 1 609
Sadıq Sadıqov "Neftçi"də toplantı keçirdi, xüsusi tapşırıqlar verdi - FOTOLAR

“Neftçi” İdman Klubunun İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov klubun boks üzrə məşqçiləri ilə görüş keçirilib.

“Neftçi” İK-nın inzibati binasında təşkil olunan tədbirdə sonuncu respublikadaxili yarışlar təhlil olunub və boksun hazırkı durumu ilə bağlı müzakirələr aparılıb.

İstedadlı yeniyetmələrdə bu idman növünə marağın yaradılmasından söhbət açılıb və daha çox uşağın cəlb edilməsi ilə bağlı müxtəlif fikirlər söylənilib. Ardınca cari ildə qarşıda duran vəzifələr müzakirəyə çıxarılıb.

Yeni ilin başlanması ilə əlaqədar görüləcək işlərlə bağlı məlumat verilib, planlar açıqlanıb.

Daha sonra məşqçilərin çıxışları dinlənilib və fikir mübadiləsi aparılıb. Onların dilə gətirdiyi mövcud problemlərin klub tərəfindən tez bir zamanda aradan qaldırılacağı və onlara hər cür dəstəyin veriləcəyi vurğulanıb.

Məşqçilər 2024-cü ildə daha böyük nailiyyətlər qazanmaq üçün var gücləri ilə çalışacaqlarını bildiriblər.Tədbirin sonunda məşqçilər göstərilən qayğıya görə SOCAR-ın və “Neftçi” İdman Klubunun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"