150-ci dəfə qələbə sevinci

15 Dekabr 2019 21:50 İngiltərə 529
150-ci dəfə qələbə sevinci

“Liverpul” İngiltərə Premyer Liqasının 17-ci turunda “Uotford”u 2:0 hesabıyla məğlub edib. Sportinfo.az xəbər verir ki, bu qələbə mersisaydlıların yarımmüdafiəçisi Cordan Henderson üçün əlamətdar olub.

İngiltərəli futbolçu “Liverpul”un heyətində 150-ci qələbəsini qazanıb. Henderson “qırmızılar”ın heyətində 150 qələbə qazanan 4-cü futbolçu olub. O, bu göstəricidə Sami Hyuypiya, Cimi Karrager və Stiven Cerrardan geri qalır.

2011-ci ildə “Sanderlend”dən “Liverpul”a transfer olunan 29 yaşlı futbolçu, cari mövsümdə iştirak etdiyi 22 oyunda 1 qol, 2 məshuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti