Vəziyyət gərginləşib, bəzi futbolçular ondan narazıdırl

16 Fevral 2021 15:40 İngiltərə 640
Vəziyyət gərginləşib, bəzi futbolçular ondan narazıdırl

“Tottenhem”in düşərgəsində vəziyyət gərginləşib.

Sportinfo.az xəbər verir ki, komandanın son oyunlarda uğursuz çıxış etməsi düşərgədə ab-havanı pozub.

Hətta bəzi futbolçuların baş məşqçi Joze Mourinyodan narazı olduğu da vurğulanır.

Mourinyonun De Allini açıq şəkildə tənqid etməsi futbolçular üçün sürpriz olub. Portuqal mütəxəssisin Qaret Beyllə də münasibətlərinin gərgin olduğu deyilir.

İngiltərə mətbuatı idda edir ki, uğursuz çıxışa baxmayaraq, rəhbərlik Joze Mourinyonu istefaya göndərmək niyyətində deyil. Çünki belə olacağı təqdirdə, ona böyük məbləğdə kompensasiya ödənilməlidir.

“Tottenhem” Premyer Liqada son 5 oyunun 4-də məğlub olub. Komanda 36 xalla 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti