Azərbaycanlı hücumçu bir oyunda 11 qolla ŞƏFƏQ SAÇDI

21 Noyabr 2023 09:40 Qadın futbolu 1 393
Azərbaycanlı hücumçu bir oyunda 11 qolla ŞƏFƏQ SAÇDI

Yüksək Qızlar Liqasında yeni mövsümə start verilib.

Son çempion "Sumqayıt" doğma meydanda "Aran"ı qəbul edib.

"Kimyaçı" qızlar bu matçda "qol şousu" göstərib. Ağcabədi təmsilçisi üzərində 27:0 hesabı ilə qələbə qazanan ev sahiblərinin heyətində Şəfəq Nəsirova 11 qola imza atıb.

Nübar Eminova 6 dəfə qonaqların qapısına yol tapıb. Aybəniz Əsgərzadə və Bənövşə Əsədzadə dubl müəllifi olub.

Fidan Abdulrəhmanova, Arzu Mikayılova, Ləman Mustafayeva, Rövşanə Sərdarlı, Lamiyə Əlizadə və Aytac Feyzullayeva hərəyə bir dəfə fərqlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!