“Bavariya” UEFA Super Kubokunu qazandı

25 Sentyabr 2020 01:33 Dünya futbolu 523
“Bavariya” UEFA Super Kubokunu qazandı

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mükafat uğrunda həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.

Çempionlar Liqasının son qalibi “Bavariya” (Almaniya) Avropa Liqasının ən güclüsü “Sevilya”nı (İspaniya) sınağa çəkib. Rəqiblər indiyədək hərəyə 1 dəfə bu kuboka sahib çıxdığından ikinci mükafat üçün mübarizə aparıblar.

Qarşılaşmada hesabı 13-cü dəqiqədə penalti qazanan “Sevilya” açıb. Amma Almaniya nəhəngi fasiləyə qədər buraxılan qolun əvəzini çıxmağı bacarıb. İkinci hissədə qapılara qol vurulmayııb.

Bu üzdən də qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac durulub. Məhz əlavə vaxtda daha bir qol vuran “Bavariya” əzmkar qələbə ilə Super Kubokun qalibi adını qazanıb.

“Bavariya” – “Sevilya” 2:1

Qol: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.

Baş hakim: Entoni Teylor (İngiltərə).

Budapeşt. “Puşkaş Arena” stadionu.

Digər Xəbərlər
Xəbər Lenti