Ronaldinyodan yeni xəbər var – Məhkəmə qərar verdi

13 İyul 2020 00:28 Dünya futbolu 602
Ronaldinyodan yeni xəbər var – Məhkəmə qərar verdi

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Paraqvayda ev həbsində qalacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda “Globo Esporte” məlumat yayıb.

Bildirilir ki, məhkəmə ev dustaqlığından azad olunması barədə 40 yaşlı sabiq oyunçunun şikayətini rədd edib. Bu isə o deməkdir ki, yeni məhkəmə prosesi başlanana kimi Ronaldinyo ev həbsində qalacaq.

Ronaldinyo və qardaşı mart ayında Paraqvaya saxta pasportla getdikləri üçün həbs ediliblər. Onların cəzası sonradan 1,6 milyon dollar müqabilində ev həbsi ilə əvəzlənib. Bu müddəti hər iki qardaş oteldə keçirir.

Digər Xəbərlər
Xəbər Lenti