Anbar yarıldı, millinin 3,5 milyonluq formaları oğurlandı

4 Aprel 2020 19:02 Dünya futbolu 401
Anbar yarıldı, millinin 3,5 milyonluq formaları oğurlandı

Rusiya Futbol İttifaqının anbarı qarət olunub.

Sportinfo.az xəbər verir ki, anbarda yığma komandanın geyim dəstləri, məşq formaları olub.

Oğrular geyim dəstlərini aparıblar. İlkin məlumata görə, 3,5 milyon rubl dəyərində geyim dəstləri aparılıb. Oğurluğun isə martın sonunda baş verdiyi bildirilir.

Oğrular hələ də tapılmayıb. Polis araşdırma aparır. Ehtimala görə, Rusiya yığmasının Avro-2020-də istifadə edəcəyi formalar da oğurlanıb.

Digər Xəbərlər
Xəbər Lenti