“Sən mənim adımı futboldan götürmüsən” - Ronaldo Ronaldonu niyə sevmir?

26 Mart 18:20 Dünya futbolu 3 851
“Sən mənim adımı futboldan götürmüsən” - Ronaldo Ronaldonu niyə sevmir?

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand braziliyalı keçmiş futbolçu Ronaldonun niyə portuqaliyalı Kriştiano Ronaldonu sevmədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Ferdinand onlar arasında adla bağlı fikir ayrılığı olduğunu düşündüyünü bildirib:

“Sanki Ronaldo deyir: “Sən mənim adımı futboldan götürmüsən”. Buna görə də, onun portuqaliyalıya qarşı iddiası var”.

Əvvəllər Ronaldo futbol tarixinin ən yaxşı 8 hücumçusunun reytinqini tərtib edib və Kriştianonu ora daxil etməyib.

“Əl-Nəsr”də forma geyinən 39 yaşlı Kriştiano Ronaldo bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 22 oyun keçirib, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"