“Mən narahat olmuram”

29 Mart 20:20 Dünya futbolu 468
“Mən narahat olmuram”

«Mən narahat olmuram, hər üç nəticə qarşımıza çıxa bilər».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın yeni baş məşqçisi Krunoslav Randuliç deyib.

Yaxınlarda Masazır klubu ilə 1,5 illik müqavilə imzalayan xorvatiyalı mütəxəssis Azərbaycan karyerasında ilk məğlubiyyətini yoxlama matçında aldı.

«Qəbələ» ilə görüşdə 0:2 hesabıyla uduzdular. Görəsən, balkanlı sükançının bunun davamının rəsmi oyunlarda da gəlməsiylə bağlı içində bir narahatlıq yoxdur?

Onu dinləyək:

«Yaxşı ki, yoxlama matçında məğlub olduq. Çempionat oyunları fərqli ab-havada keçir.

Premyer Liqada iki qələbə qazanmışıq. Mən məhz bu seriyanın davamının gələcəyinə inanıram.

Çünki istəyimiz bəllidir - turnir cədvəlində ikinci yeri tutmaq. Bu yolda əlimizdən gələni edirik və etməliyik».

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"