Bu gün "Qarabağ"a dönür

25 Mart 13:35 Dünya futbolu 687
Bu gün "Qarabağ"a dönür

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə "Championat" nəşrinə açıqlamasında deyib.

Martın 23-də Rusiya yığmasının təlim-məşq toplanışı başa çatıb. Daha əvvəl komandanın Paraqvay millisi ilə yoldaşlıq görüşü Moskva vilayətindəki terror aktına görə ləğv edilib.

Qarşılaşma bu gün gerçəkləşməli idi. Rusiya millisi martın 21-də Serbiyanı 4 cavabsız qolla üstələyib. Lunyov bu matçda meydana çıxmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"