Millimiz AÇ-da 2 medal qazandı - bədii gimnastika üzrə

27 Noyabr 2020 23:00 Digər növlər 414
Millimiz AÇ-da 2 medal qazandı - bədii gimnastika üzrə

Ukraynanın paytaxtı Kiyevdə davam edən bədii gimnastika üzrə Avropa çempionatında çöxnövçülük üzrə qrup hərəkətlərində medallar sahibini tapıb.

Sportinfo.az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın təmsil olunduğu Azərbaycan qrupu 3 halqa və 2 cüt gürz ilə kompozisiya göstəriblər.

Onlar iki kompozisiyanın yekununda hakimlərdən 31.700 xal alıblar. Dünənki nəticə (34.600) ilə birlikdə ümumilikdə 66.300 xal toplayan komanda yekundə gümüş medal qazanıb. Qızıl medal İsrailə, bürünc medal isə Ukraynaya qismət olub.

Həmçinin yeniyetmə və qrup nəticələrinə əsasən Azərbaycan yığması 3-cü yeri tutub.

Ötən gün Nərmin Bayramova və Alina Gözəlova müvafiq olaraq, ip və topla hərəkətlərdə finala çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"