Ermənistan Azərbaycana rəqib olmayacaq - MDB Oyunlarında

6 İyul 2020 18:20 Digər növlər 691
Ermənistan Azərbaycana rəqib olmayacaq - MDB Oyunlarında

Ermənistan idmançıları MDB ölkələrinin Oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu, iştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə açıqlanıb.

Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Artur Martirosyan yarışa qatılmamanın səbəbini koronavirus pandemiyası ilə izah edib:

“Təəssüf ki, yaranmış vəziyyətlə bağlı ölkəmiz MDB ölkələrinin Oyunlarında iştirak edə bilməyəcək”.

Azərbaycan idmançılarının da qatılması gözlənilən ilk Oyunlar sentyabrın 4-11-də Rusiyanın Kazan şəhərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"