"Hər bir detal nəzərdən keçirilib və biz mövsümün..."

11 İyun 2020 23:20 Digər növlər 474
"Hər bir detal nəzərdən keçirilib və biz mövsümün..."

"Formula 1"in idman direktoru Ross Braun bu mövsüm keçirilməsi nəzərdə tutulan, lakin sonradan koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınan Azərbaycan və Sinqapur Qran-prilərindən danışıb.

Sportinfo.az xəbər verir ki, 66 yaşlı britaniyalı funksioner "Formula 1"in rəsmi saytına açıqlamasında sözügedən ölkələrdəki yarışların ləğv oluna biləcəyini istisna etməyib.

Bu gün Azərbaycan Qran-prisinin ləğv olunması ilə bağlı xəbər yayılıb. R.Braun bildirib ki, bütün variantlar müzakirə olunub: "Başa düşürük ki, daimi traslardan fərqli olaraq, Bakı və Sinqapur kimi şəhərlərdə yeni trasların qurulması böyük diqqət tələb edir.

Hər bir detal nəzərdən keçirilib və biz mövsümün ikinci yarısını çox yaxşı keçirə bilərik. Baş tutmayan bir neçə Qran-pri olacaq. Amma onu deyə bilərəm ki, yarışların əksəriyyəti keçiriləcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"