Dünya birinciliyi koronavirusa görə təxirə salındı

1 Mart 2020 15:40 Digər növlər 464
Dünya birinciliyi koronavirusa görə təxirə salındı

Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilməsi nəzərdə tutulan ağır atletika üzrə dünya birinciliyi qeyri-müəyyən müddətə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) İcraiyyə Komitəsi qərar qəbul edib.

Məlumatda bildirilir ki, dünya birinciliyi hazırda dünyada sürətlə yayılmaqda olan koronavirus təhlükəsi səbəbindən təxirə salınıb.

Sözügedən turnirin 14-21 mart tarixlərində keçirilməsi nəzərdə tutulmuşdu. Dünya birinciliyinin nə vaxt baş tutacağı bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"