"Mən bütün gücümü..."

28 Yanvar 2020 19:50 Digər növlər 1 282
"Mən bütün gücümü..."

"Mən bütün gücümü Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda uğurlu çıxışa yönəldəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan gimnastı Selcan Maqsudova deyib.

O bildirib ki, bu yarış onun ilk Dünya kuboku olacaq: “Yarışlara biz 2019-cu ildə hazırlaşmağa başlamışıq, ilin sonunda gücləndirilmiş məşqlər keçirik.

Dünya kuboku mənim üçün doğma Milli Gimnastika Arenasında keçiriləcək və mənim üçün azarkeşlərin dəstəyi vacibdir. Ölkəmi Dünya kubokunda təmsil etmək böyük şərəfdir və mən inanıram ki, layiqli çıxış edəcəm”.

Gimnastın sözlərinə görə, Dünya kubokunda ciddi rəqiblər olacaq: “Rusiya, Kanada, Yaponiya, Çin, Belarus nümayəndələri çox güclüdür. Onlar mühüm yarışlarda iştirak edib və yüksək nəticələr əldə ediblər”.

Selcan Maqsudova fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası yarışlarında çıxış edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"