Rusiya yığmasına uğur gətirən azərbaycanlı - FOTO

25 Yanvar 2020 12:02 Digər növlər 1 299
Rusiya yığmasına uğur gətirən azərbaycanlı - FOTO

Avstriyanın Qrats şəhərindəki fiqurlu konkisürmə üzrə Avropa çempionatında fərdi yarışda qızıl medal qazanan Rusiya təmsilçisi Dmitri Əliyevin əslən azərbaycanlı olduğu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə ikiqat olimpiya çempionu Maksim Trankov şəxsi "Twitter"i vasitəsilə açıqlama verib.

O, Artur Danielyanın gümüş, Moris Kvitelaşvilinin bürünc medal qazandığını xatırladaraq, "Avropa çempionatında ilk Qafqaz podiumu" yazıb. Məlumatı Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının baş katibi Fuad Quliyev də təsdiqləyib.

Danielyan əslən erməni olsa da, Əliyev kimi Rusiya adından çıxış edib. Kvitelaşvili isə fəxri kürsüyə Gürcüstan təmsilçisi kimi qalxıb.

Digər tərəfdən, 21 yaşlı Əliyev son 8 ildə kişilərin fərdi yarışında Avropa çempionluğu qazanan ilk Rusiya təmsilçisi olub. Qonşu ölkənin əvvəlki qitə çempionu Yevgeni Plyuşenko 2012-ci ildə Böyük Britaniyanın Şeffild şəhərindəki analoji yarışda birinci olmağı bacarıb.

Əliyev Komi Respublikasının Uxta şəhərində doğulsa da, 2013-cü ildən Sankt-Peterburqda yaşayır.

Avropa çempionatında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edir. Litvintsev fərdi proqramda 9-cu yeri tutub. Ryabova isə mübarizəyə bu gün qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!