Anar Məmmədov istefa verdi, federasiyanın ərazisi tikinti şirkətinə satıldı

13 Sentyabr 2021 17:00 Digər növlər 1 121
Anar Məmmədov istefa verdi, federasiyanın ərazisi tikinti şirkətinə satıldı

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasiyasının prezidenti vəzifəsindən rəsmən istefa verib.

Sportinfo.az xəbər verir ki, bu barədə xəbəri qaynarinfo-ya Gənclər İdman Nazirliyinin bu idman federasiyası üzrə kuratoru Fikrət Hüseynov bildirib:

“Federasiyanın rəhbərliyi yoxdur. Ona görə də fəaliyyəti tam dayandırıb".

2013-ci ildə oktyabrın 2-də mərhum Gənclər və İdman naziri Azad Rəhimovun iştirakı ilə açılan Azərbaycan Qolf Federasiyasının inzibati binası və Qolf Akademiyasının ərazisi artıq özəl tikinti şirkətinə satılıb, hazırda orada yaşayış binası tikilir.

Fikrət Hüseynov federasiyanın Biləcəri qəsəbəsi, Sumqayıt şosesi 9-cu km-də yerləşən baş ofisi və idman meydançasının satılmasına da belə münasibət bildirib: “Bu barədə dəqiq heç nə deyə bilmərəm”.

Digər məlumata görə, Azərbaycan Qolf Federasiyasiyası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeçiliyinə verilə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"