"100 faiz əminəm"ki..."

5 Fevral 2021 09:20 Digər növlər 577
"100 faiz əminəm"ki..."

Tokio-2020 Yay Olimpiya Oyunları koronavirus pandemiyasına baxmayaraq, baş tutacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) vitse-prezidenti Con Kouts "Nikkei" nəşrinə müsahibəsində deyib.

Funksioner yarışın keçiriləcəyinə 100 faiz əmin olduğunu bildirib: "Oyunlar növbəti dəfə təxirə salınmayacaq.

Pandemiyanın başladığı gündən IOC, Təşkilat Komitəsi, Yaponiya hökuməti və və Tokio adminstrasiyası olimpiadanın təşkilində qərarlıdır. Mövqeyimizi qoruyuruq. Bunun üçün heç bir maneə görmürük".

Kouts "Tokio-2020"nin azarkeşsiz keçirilmə ehtimalına da toxunub: "Bu plan nəzərdən keçirilir. Amma hələlik yekun qərar yoxdur. Qərar mart və ya apreldə qəbul oluna bilər".

Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"