“Bilirik ki, autsayderik” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

30 Sentyabr 22:00 Çempionlar Liqası 236
“Bilirik ki, autsayderik” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

Frankfurt “Ayntraxt”ının baş məşqçisi Klaus Topmöller UEFA Çempionlar Liqasının ikinci turunda keçiriləcək “Atletiko” ilə oyun öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı “Atletiko”nun güclü hücum xəttinin olduğunu bildirib:

“Biz bilirik ki, autsayderik. “Atletiko”nun güclü hücum xətti və yüksək səviyyəli oyunçuları var.

Yaxşı müdafiə olunmalı və komanda şəklində hücum etməliyik. Rəqibin müdafiəsi də inanılmaz dərəcədə etibarlıdır”.

Topmöller əlavə edib ki, komandası yalnız güclü müdafiə oyunu nümayiş etdirəcəyi halda şans qazana bilər.

Çempionlar Liqasının ilk turunda “Atletiko” səfərdə “Liverpul”a 2:3 hesabı ilə uduzub, “Ayntraxt” isə evdə “Qalatasaray”a qalib gəlib (5:1).

“Atletiko” – “Ayntraxt” matçı bu gün saat 23:00-da start götürəcək.

“Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 18:00 Premyer Liqanın KİMSƏSİZİ
30 Sentyabr 17:30 Çək və bizə göndər!
30 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM