Portuqaliyalını heç kimə satmaq niyyətində deyillər

01:30 Fransa 98
Portuqaliyalını heç kimə satmaq niyyətində deyillər

“Mançester Siti” yeni transfer hədəfini müəyyənləşdirib.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, “şəhərlilər”in əsas istəyi PSJ-nin 21 yaşlı yarımmüdafiəçisi Joao Neveşdir.

Ancaq Paris təmsilçisi portuqaliyalı futbolçunu satmaq niyyətində deyil və bütün təklifləri rədd etməyi planlaşdırır. Neveş bu mövsüm bütün turnirlərdə 4 oyuna çıxaraq, 3 qol vurub.

Onun PSJ ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 07:20 Ana nəvazişi ilə... FOTOLAR