
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının ikinci turu öncəsi mətbuat konfransında fikirlərini bölüşüb.
Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı hazırda yüksəlişdə olduqlarını bildirib:
“Hazırda yüksəlişdəyik, nəticələr də bizim işimizi əks etdirir. Amma qarşıda uzun mövsüm var.
Futbolda enişlər və yüksəlişlər olur. Həyatdakı kimi çətinlikləri dəf etməyi bacarmaq lazımdır”.
“Atletiko” ikinci turda evdə Frankfurt “Ayntraxt”ı ilə qarşılaşacaq. Oyun bu gün saat 23:00-da start götürəcək.
“Ayntraxt” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.