
Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Qarabağ"la üz-üzə gələcək "Kopenhagen" Bakıya səfər planı bəlli olub.
Sportinfo.az xəbər verir ki, rəqib komanda artıq paytaxtımızdadır.
Qonaqlar matçdan 1 gün sonra - səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir.
"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.