Azərbaycanlı forvardın vurduğu son qol - VİDEO

27 İyun 2020 10:24 Azərbaycan Futbolu 731
Azərbaycanlı forvardın vurduğu son qol - VİDEO

Latviya çempionatında 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Tukums 2000” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 6:0.

Vüqar da bu oyunun iştirakçısı olub. Millimizin sabiq forvardı 46-cı dəqiqədə meydana buraxılıb. O, 66-cı dəqiqədə rəqib qapısına yol tapmaqla cari mövsümdə qol hesabını da açıb. Üç turdan sonra 3 xalı olan “Dauqavpils” 10 kollektiv arasında 6-cıdı.

Digər Xəbərlər
Xəbər Lenti