Bakıda "SFA Federasiya Kuboku 2023" keçirildi - FOTOLAR

25 Sentyabr 2023 11:10 Digər növlər 1 302
Bakıda "SFA Federasiya Kuboku 2023" keçirildi - FOTOLAR

Sportinfo.az xəbər verir ki, Bakıda Azərbaycan Yelkən Federasiyasının təşkilatçılığı və ASCO (Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi) QSC-nin dəstəyi ilə "SFA Federasiya Kuboku 2023" yarışları keçirilib.

Yarışlar Optimist, ILCA və Windsurf sinifləri üzrə 22-24 sentyabr tarixləri arasında “Ramada by Wyndham Baku” sahilində yerləşən SFA yelkən mərkəzində baş tutub.

Mükafatlandırma mərasimində Optimist üzrə dünya çempionatına və ILCA 4 üzrə avropa çempionatına qatılan milli yığmacılar, cari il üzrə yay məktəbi iştirakçıları, komandaya yeni seçilən idmançılar, "SFA Federasiya Kuboku 2023"ün qaliblərinə kubok, diplom və sertfikatlar təqdim olunub.

Tədbirdə, Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhimdar Cəmiyyəti sədrinin müavini Zaur Nağıyev və federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni çıxış edib.

Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış nitqində deyib: “Belə gözəl gənclərin iştirakı ilə bu idman növünün yaşadılması təbii ki, hər birimizin qürurudur.

Azərbaycan Yelkən Federasiyasında Burcu xanım başda olmaqla, bütün məşqçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm.

Bugünkü yarışda təbii ki, öz şücaətini göstərən gəncləri təbrik edirəm. Onlara cansağlığı və uzun ömür arzu edirəm. Arzu edirəm ki, Azərbaycan bayrağını dünyanın müxtəlif yerlərində daha da yüksəkdə dalğalandırsınlar”.

Daha sonra 2022-ci il üzrə “SFA Federasiya Kuboku”nu qazanan idmançıların adları xatirə lövhəsində əks olunub.

"SFA Federasiya Kuboku” 6-cı ildir ki, ənənəvi şəkildə həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti