COP29

Qurban Qurbanov onu izləyən Samir Abasovla… FOTO

15 May 2021 20:40 Araşdırma 1 193
Qurban Qurbanov onu izləyən Samir Abasovla… FOTO

Azərbaycan Premyer Liqasında yerli baş məşqçi çempionluğu ənənəsi bu mövsüm də davam edəcək.

Sportinfo.az xəbər verir ki, 2020/21 mövsümünün sonuna bir tur qalmış qızıl medal uğrunda mübarizə aparan “Qarabağ” və “Neftçi”yə yerli mütəxəssis rəhbərlik edir.

Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” son tur öncəsi 57 xalla turnir cədvəlinə başçılıq edirsə, Samir Abasovun çalışdırdığı “Neftçi” əzəli rəqibdən 1 xal geri qalır. Bu da o deməkdir ki, 10 illik yerli çempion ənənəsi bu mövsüm də qırılmayacaq.

Axırıncı dəfə 2009/10 mövsümündə gürcüstanlı Kaxaber Sxadadze “İnter”i (indiki “Keşlə”ni) çempion edib. Ondan sonra əvvəlcə Arif Əsədov, ardından isə iki mövsüm Böyükağa Hacıyev “Neftçi”yə qızıl medalları qazandırıb.

2013/14 mövsümündən çempionatda Qurban Qurbanov hegemonluğunun təməli qoyulub. O, həmin vaxtdan bəri ardıcıl 7 dəfə “Qarabağ”ı finişə birinci çatdırıb və bu seriyanı davam etdirməyə yaxındır.

Premyer Liqanın çempionu mayın 19-da keçiriləcək “Neftçi” – “Qarabağ” matçında müəyyənləşəcək (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!