"Qarabağ"lı Misirə qarşı necə oynadı? - Afrikadan VİDEO

24 Yanvar 08:40 Qarabağ 995
"Qarabağ"lı Misirə qarşı necə oynadı? - Afrikadan VİDEO

"Qarabağ"ın legioneri Patrik Andradenin formasının geyindiyi Kabo-Verde millisi Afrika Millətlər Kubokunda qrup mərhələsinin sonuncu - 3-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, yığma Misirlə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

Patrik Andrade bu görüşdə iştirak edib. 30 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

Bu heç-heçə ilə xalını 7-yə yüksəldən Kabo-Verde qrupu 1-ci pillədə başa vurub və 1/8 finala vəsiqə qazanıb. Misir isə 3 xalla 2-ci olub. Onlar da növbəti mərhələyə yüksəliblər.

Kabo-Verde - Misir - 2:2
Qollar:
Tavares, 45+1 (1:0), Trequet, 50 (1:1), Mohamed, 90+3 (1:2), Teixeyra, 90+9 (2:2)

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!